“Gözəllik kraliçası” ad günündə vəfat etdi - FOTOLAR

Yeni Zelandiyanın “gözəllik kraliçası” kimi tanınan aktrisa Maris Vipani vəfat edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, iyunun 6-sı 61 yaşını qeyd edərkən dünyasını dəyişib.
Xatırladaq ki, Maris 2001-ci ildə “Zena: Cəngavərlərin şahzadəsi” teleserialında Kanae, 2007-ci ildə isə “Kobud oyanışlar” serialında Şaron Şort obrazını canlandırıb. Sonuncu dəfə isə 2008-ci ildə “Şortlend küçəsi” serialında “Rebekka Şort”a həyat verib.
"Cebheinfo.az"