Rusiya sülh planını müzakirə edir?

Rusiya sülh planını müzakirə edir?

“Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ lideri Co Baydenə təqdim etmək niyyətində olduğu sülh planını müzakirə etməyin mənası yoxdur. Çünki hər şey Vaşinqtonun iradəsindən asılıdır”. 

Cebheinfo.az” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova TASS-a Ukrayna dövlət başçısının sülh təşəbbüsünü şərh edərkən deyib.

Bilirsiniz, Zelenskinin dediklərini şərh etmək, prinsipcə, əks nəticə verir.  Ukrayna öz subyektivliyini itirib, çünki bütün qərarlar onlar üçün Vaşinqtonda və Londonda verilir”, - deyə diplomat bildirib.

O əlavə edib ki, Ukrayna lideri dərmanlardan asılı olduğundan təkbaşına qərar qəbul edə bilmir.

Zelenski daha əvvəl demişdi ki, onun sülh planının uğuru ABŞ Prezidenti Co Baydendən asılı olacaq. Onun sözlərinə görə, planının təfərrüatlarını açıqlaya bilmir, çünki o, Ağ Evin rəhbərinə söz verib.

Xəzər
“Cebheinfo.az”