Rusiya Xarkova dron hücumu edib
Rusiyanın Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində tibbi batalyon maşınına dron hücumu nəticəsində iki nəfər ölüb.
Bu barədə Ukrayna Milli Polisinin İstintaq Departamentinin rəhbəri Sergiy Bolvinov öz feysbuk hesabında paylaşım edib.
O bildirib ki, ölənlərin hər ikisi həkim olub.
"Hücum nəticəsində yaxınlıqda hərəkət edən avtomobildə olan üç mülki şəxs yaralanıb", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"