Rusiyada elmi-tədqiqat institutunun binasında yanğın başlayıb

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğın başlayıb.
Bu barədə yerli teleqram kanalları videogörüntü yayıb.
Kadrlarda tədqiqat institutunun əsas binasının qara tüstü buludları bürünüb. Mərtəbələrin ikisində açıq yanma müşahidə olunur.
Binanın içində insanların olduğu bildirilib.
Shot Telegram kanalının məlumatına görə, 7 nəfər binanın yeddinci mərtəbəsində sıxışıb qalıb. Xilasedicilər onları elmi-tədqiqat institutunun binasından çıxarmağa çalışır.
"Cebhe.info"