Rusiyaya qarşı yeni hərbi ittifaq yaradılır

Rusiyaya qarşı yeni hərbi ittifaq yaradılır

Türkiyənin NATO-ya girməsinə "stop" qoyduğu İsveç yeni bir hərbi ittifaq yaratmaqla bağlı addım atıb.

Cebhe.info xəbər verir ki, yeni ittifaqda 4 ölkə birləşəcək.

Belə ki, Norveç, Finlandiya, İsveç və Danimarkanın birləşəcəyi ittifaq hava hücumundan müdafiə məqsədi daşıyır. Artıq 4 ölkənin Hərbi Hava Qüvvələrinin rəhbərləri niyyət məktubu imzalayıb.

Qeyd edək ki, məlumatda yeni ittifaqın Rusiyaya qarşı olduğu bildirilir.

Vilayət Muxtar
Cebhe.info