Rusların neçə faizi Ukraynadakı müharibəni dəstəkləyir? - SORĞU
Rusiyanın məşhur "Levada" Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata (SVO) ictimai dəstək yüksək səviyyədədir.
"Cebheinfo.az" xəbər verir ki, respondentlərin 78 %-i bunu dəstəkləyir.
Bu dəstəyə daha çox kişilər (81 %) və 40-54 yaşlı insanlar (83 %) arasında rast gəlinir.
Moskvada yaşayanlar arasında dəstək nisbəti də 85 %-ə yüksəlir.
Müharibəni dəstəkləməyənlərin nisbəti 17 faizdir.
Son bir ayda, xüsusən də Ukraynanın Kurska hücumundan sonra SVO-nun davam etdirilməsini dəstəkləyənlərin nisbəti 41 %-ə yüksəlib. Sülh danışıqlarını dəstəkləyənlərin nisbəti 8 faiz azalaraq 50 faizə düşüb.
Sülh danışıqlarını dəstəkləyənlər daha çox qadınlar (56 %), gənclər (66 %) və kənd yerlərində yaşayanlardır (54 %). Digər tərəfdən, hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olanlar əsasən kişilər (52 %) və Moskvada yaşayanlardır (61 %).
Respondentlərin 91 %-i Ukraynanın Kursk vilayətinə hücumlarından narahatdır. Bu narahatlıqların əsas səbəbləri arasında mülki əhalinin itkiləri (41 %), Rusiyaya hücum (25 %) və hakimiyyətin zəifliyi (11 %) göstərilir.
2024-cü ilin avqustda, ikinci səfərbərlik dalğasını gözləyən rusların faizi 24 %-ə yüksəldi. Bununla belə, respondentlərin 57 %-i belə səfərbərliyə ehtiyac olmadığını düşünür.
Səfərbərlik gözləntisi xüsusilə iqtisadi cəhətdən çətin vəziyyətdə olanlar (32 %) və Putinin siyasətini bəyənməyənlər (40 %) arasında geniş yayılıb.
Nigar Hacılı
"Cebheinfo.az"