ABŞ qarışdı: Sabiq FTB direktoru Trampa sui-qəsd edib?

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini Prezident Donald Trampın öldürülməsinə çağırışda ittiham edib.
"Cebheinfo.az" xəbər verir ki, keçmiş FTB direktoru sosial media hesabında çimərlik qumu üzərində balıq qulağı ilə yazılmış "86 47" rəqəmlərinin fotosunu "Sahildə gəzinti zamanı rastlaşdığım maraqlı balıq qulağı aranjimanı" qeydi ilə paylaşıb.
Qısa müddətdən sonra bu paylaşımı sosial media hesabından silən Komiyə daxili təhlükəsizlik naziri Noem cavab verib.Komini Trampın öldürülməsinə çağırışda günahlandıran Noem, “Milli Təhlükəsizlik Departamenti və Məxfi Xidmət bu təhdidi araşdırır və lazımi cavab verəcək” deyib.
Hərbi terminologiyada 86 kimisə aradan qaldırmaq və ya nəyisə ləğv etmək deməkdir. 47 rəqəminin ABŞ-nin 47-ci Prezidenti Trampa aid olduğu düşünülür.
Nigar Hacılı
"Cebheinfo.az"