Səudiyyə Ərəbistanı Suriyanın borcunu ödəyəcək

Səudiyyə Ərəbistanı Suriyanın borcunu ödəyəcək

Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəməyi planlaşdırır.

Bu addım ölkənin iflic vəziyyətində olan dövlət sektorunu dəstəkləmək və bərpa etmək üçün milyonlarla dollarlıq qrantların təsdiqlənməsinə yol açacaq.

"Cebheinfo.az" xəbər verir ki, “Euronews”-un məlumatına görə, Səudiyyə Ərəbistanının 2024-cü il dekabrın 8-də Bəşər Əsədin devrilməsindən sonra Suriyaya məlum olan ilk maliyyə dəstəyi olacaq.

Suriyanın Dünya Bankına təxminən 15 milyon dollar borcu var. Bu borc ödənilmədikcə beynəlxalq maliyyə qurumunun qrantları təsdiq etməsi və ya başqa yardım göstərməsi mümkün deyil.Lakin Dəməşq administrasiyasının dondurulmuş aktivlərdən istifadə etməklə borcları ödəmək planı baş tutmayıb.

Hazırda Dünya Bankı rəsmiləri müharibədən zərər çəkmiş ölkənin enerji infrastrukturunun bərpası və işçilərin maaşlarının ödənilməsi üçün maliyyə dəstəyi müzakirə edirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"