Sloveniya minatəmizləmə üçün Ukraynaya 1,5 milyon avro ayırıb

Sloveniya minatəmizləmə üçün Ukraynaya 1,5 milyon avro ayırıb

Sloveniya və Ukrayna humanitar yardım çərçivəsində Kiyevə minatəmizləmə üçün 1,5 milyon avro ayırmaq barədə saziş imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq sənəd paytaxt Lyublyanada imzalanıb.

Qeyd edək ki, vəsait Sloveniya tərəfindən qarşılıqsız ayrılır.

Cebhe.info