Sülh sazişinin imzalanma yeri və vaxtı BƏLLİDİR?

Sülh sazişinin imzalanma yeri və vaxtı BƏLLİDİR?

“Rəsmi İrəvan Bakının yeni şərtlərinə baxmayaraq, danışıqları davam etdirməyə hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri  Ararat Mirzoyan iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

“Bakı ilə sülh sazişi layihəsinin mətninin təsdiqlənməsi elan edildikdən sonra Azərbaycan tərəfinin yeni şərtlər səsləndirdiyi zaman İrəvan nə edəcək?” sualını cavablandıran Mirzoyan bildirib ki, Azərbaycan tərəfi hələlik  sənədin imzalanma vaxtı və yeri ilə bağlı müzakirələrə başlamayıb. 
Onun sözlərinə görə, sənədin harada və nə vaxt imzalana biləcəyi ilə bağlı hələlik heç bir anlayış yoxdur.

Ararat Mirzoyan əlavə edib ki, ölkəsi mümkün qədər tez prosesə qoşulmağa hazırıq.

Xəzər
“Cebheinfo.az”