Tailandda parlament seçkiləri 14 maya təyin edilib

Tailandda parlament seçkiləri 14 maya təyin edilib

Tailandda növbəti parlament seçkiləri mayın 14-nə təyin edilib.

Cebhe.info-nun “Nation” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tailand Seçki Komissiyası qərar verib.

Tailand Nazirlər Kabineti seçkilərin keçirilməsi üçün 173,3 milyon dollar ayırıb.

Qeyd edək ki, bazar ertəsi Tailand kralı yeni seçkilərin keçirilməsi üçün parlamentin buraxılmasına qərar verib.

Sənəd hazırkı parlamentin səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış dərc olunub. Hazırkı parlamentin səlahiyyət müddəti martın 23-də bitir.

Konstitusiyaya əsasən, yeni seçkilərin tarixi 5 gün ərzində elan olunmalıdır. Namizədlərin qeydiyyatı prosesinin apreldə başlayacağı gözlənilir.

Cebhe.info