Terrorçu qadına 1794 il həbs cəzası verildi

Terrorçu qadına 1794 il həbs cəzası verildi

2022-ci ildə İstanbulun Taksim səmtinin İstiqlal küçəsində terror aktını törətməkdə təqsirləndirilən Ahlam Albashır ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə məlumatı “TRT Haber” yayıb. 

Bildirilir ki, məhkəmə Albashır barəsində 7 dəfə olmaqla ömürlük həbs cəzası, yaxud 1794 il müddətinə azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb. 

"Cebhe.info"