Taylanddan BRİKS-lə bağlı açıqlama

Tayland tərəfdaş ölkə kimi BRİKS-ə qoşulmaq üçün dəvəti almaqdan məmnundur və qrupa tam üzv olmağa çalışacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tayland Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalanqkun TASS-a bildirib.
Phalanqkun "Bəzi daxili prosedurlar hələ baş tutmadığı üçün biz hələ rəsmi cavab verməmişik. Amma təbii ki, biz BRİKS-in tərəfdaş ölkəsi olmağa dəvət olunduğumuz üçün şadıq", - dedi.
"Bildiyiniz kimi, Tayland ən qısa zamanda BRİKS-in tamhüquqlu üzvü olmasını gözləyir. Bu, bizim məqsədimizdir", - o əlavə edib.
Xatırladaq ki, noyabrda bir diplomat Taylandın BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət aldığını bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"