Təyyarə divara çırpılıb, 4 nəfər yaralanıb

Mərakeşin Fes şəhərində Fes-Saiss hava limanı yaxınlığında baş verən təyyarə qəzasında 4 nəfərin yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, kiçik bir təyyarənin eniş zamanı uçuş-enmə zolağından çıxaraq hava limanını əhatə edən divara çırpılması nəticəsində 3 ekipaj üzvü və ərazidə olan bir nəfər xəsarət alıb. Yaralılara xəstəxanada tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Nigar Hacılı
"Cebheinfo.az"