“The New York Times” qəzetinin müxbir və redaktorları maaşlarının artırılmasını tələb edib

“The New York Times” qəzetinin müxbir və redaktorları maaşlarının artırılmasını tələb edib

The New York Times“ qəzetinin müxbir və redaktorları maaş artımı tələbi ilə tətil elan ediblər.

APA xəbər verir ki, bu barədə qəzetin saytında məlumat yayılıb.

Bildirilib ki, 24 saatlıq tətil elan edən 110-dən çox media işçisi maaşlarının 10 faiz artırılmasını tələb edirlər.

İşçilər şirkətlə həmkarlar ittifaqı arasında danışıqların uzandığını və mübət nəticə əldə olunmadığını bildiriblər.

Məlumatda qeyd olunub ki, “The Times” ilə “The New York Times Guild” arasında müqavilənin müddəti 2021-ci ilin martında başa çatıb və həmin vaxtdan 40 dəfə sövdələşmə sessiyası keçirilib.

Lakin maaş, səhiyyə, təqaüd imkanları və digər məsələlərlə bağlı müzakirələr uğursuz olub.

Həmkarlar ittifaqının müzakirə etdiyi müqavilənin “The New York Times“ın xəbər otağının (nyusrum) təxminən 1800 əməkdaşından 1450-ni əhatə etdiyi bildirilib.

Jurnalistlər bu gün Manhettendə etiraz yürüşü də planlaşdırıblar.

“The New York Times”ın bu miqyasda tətilinin son 40 ildə baş vermədiyi qeyd olunub.

Cebhe.info