Tramp ilk səfərini Fransaya edəcək
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp xaricə ilk səfərini 2019-cu ildə yanğın nəticəsində ciddi şəkildə zədələnən və təmir edilən tarixi Notr Dam kilsəsinin açılış mərasiminin keçiriləcəyi Fransaya təşkil edəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransanın dünyaca məşhur tarixi ibadət yeri olan Notr-Dam Katedrali, 2019-cu ildə baş verən yanğından sonra başlayan təmir-bərpa işlərinin tamamlanmasıyla dekabrın 7-si şənbə günü keçiriləcək rəsmi mərasimlə yenidən ibadət üçün açılacaq.
Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada kilsənin rəsmi açılış mərasimi üçün Parisə gedəcəyini bildirib.
Tramp, "Demək istəyirəm ki, möhtəşəm və tarixi Notr-Dam Katedralinin yenidən açılışında iştirak etməkdən şərəf duyacağam. Makron Notr Damın əvvəlki şöhrətini və hətta daha çoxunu bərpa etməkdə böyük iş görüb. Hər kəs üçün çox xüsusi bir gün olacaq" dedi.
Belə ki, Tramp noyabrın 5-də keçirilən seçkilərdə ABŞ prezidenti seçildikdən sonra ilk xaricə səfərini Fransaya edəcək.
Nigar Hacılı
"Cebheinfo.az"