Tramp komandasını iclasa çağırdı: Ukraynayla bağlı qərar verəcək

Tramp komandasını iclasa çağırdı: Ukraynayla bağlı qərar verəcək

ABŞ Prezidenti Donald Tramp martın 3-də milli təhlükəsizlik komandası ilə Ukrayna ilə bağlı müzakirələr aparmaq üçün görüşəcək. 

“Cebhenfo.az” xəbər verir ki, bu barədə “The New York Times” amerikalı məmura istinadən məlumat yayıb.

Görüşdə ola bilsin ki, Ukraynaya qarşı hansısa  tədbir görülə bilər.

Onun sözlərinə görə, tədbirlər kompleksinə ABŞ-nin əvvəlki administrasiyası dövründə razılaşdırılmış Kiyevə hərbi yardımın dayandırılması və ya ləğvi daxil ola bilər.

Xəzər
“Cebheinfo.az”