Trampın həyat yoldaşının heykəli oğurlandı

Sloveniyada ABŞ-nin birinci xanımı Melaniya Trampın bürünc heykəli oğurlanıb.
Bu barədə “France24” məlumat yayıb.
Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək aparıblar.
Abidəni hazırlayan amerikalı heykəltəraş Bred Dauni hesab edir ki, heykəlin yoxa çıxması Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər.
Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.
Qeyd edək ki, heykəl Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərində 2020-ci ildə ucaldılıb. O, şəxsi mülkiyyətdə yerləşirdi.
"Cebheinfo.az"