Tarlada işləyirdi, ildırım vurdu

Tarlada işləyirdi, ildırım vurdu

Biləsuvar sakinini ildırım vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu həmkəndlisi ilə tarlada çalışarkən onları yağış tutub və yağışdan qorunmaq üçün ağac altına sığınıblar. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"