Türkiyədə silahlı hücum zamanı 3 nəfər xəsarət alıb

Türkiyədə silahlı hücum zamanı 3 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub.

Bu barədə Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən axşam saatlarında olub. Maskalı şəxs kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Atəş nəticəsində 3 nəfər xəsarət alıb.

Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə bağlı əməliyyat keçirilir.

Cebhe.info