Türkiyənin 8 aylıq tədiyə balansı açıqlanıb

Türkiyənin 8 aylıq tədiyə balansı açıqlanıb

Türkiyə Mərkəzi Bankının ilin 8 aylıq tədiyə balansı hesabatını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə, avqust ayında cari əməliyyatlar hesabında 4 milyard 324 milyon dollar müsbət saldo yaranıb.

Yanvar-avqust aylarında cari əməliyyatlar hesabında kəsir 9 milyard 665 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə bu rəqəm 38 milyard dollar səviyyəsində idi.

Avqust ayında xidmətlər balansından xalis daxilolmalar 8 milyard 696 milyon dollar səviyyəsində olduğu halda, səyahət maddəsi üzrə xalis gəlirlər 6 milyard 793 milyon dollar olaraq qeydə alınıb.

Yanvar-avqust ayları arasındakı 8 aylıq dövrdə xidmətlər balansından xalis daxilolmalar 39 milyard 205 milyon dollara çatarkən, bunun 30 milyard 601 milyon dolları səyahət maddəsinin xalis gəlirindən əldə edilib.

Ötən ilin eyni dövründə xidmətlər balansından xalis daxilolmalar 37 milyard 387 milyon dollar səviyyəsində idi.

Nigar
"Cebheinfo.az"