Türkiyənin səhiyyə naziri istefa verib?

Türkiyənin səhiyyə naziri istefa verib?

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verdiyi iddia edilib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunur ki, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinin Kızılcahamam düşərgəsində səhiyyə sistemi ilə bağlı tənqidlərindən sonra nazir bu qərara gəlib.

Düşərgədə Antalyadan olan millət vəkili Tuğba Vural Çokal özəl xəstəxanada həyatını itirən qohumu haqqında danışıb və nazirliyin kifayət qədər yoxlama aparmadığını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bildirilir ki, bu vəziyyətdən sonra Qoca ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

F. Qoca iddialarla bağlı açıqlamasında bunları deyib: “Həyatda hər şey ola bilər. Önəmli olan millətə, dövlətə xidmət etməkdir”.

“Cebhe.info”