Yeni müharibə başlayır: 1,4 milyon insan orduya QATILDI

Yeni müharibə başlayır: 1,4 milyon insan orduya QATILDI

Şimali Koreyanın ABŞ-la müharibəyə hazırlaşdığı iddiaları səngimək bilmir.

Cebhe.info xəbər verir ki, Şimali Koreya dövlət televiziyasının son açıqlaması da gündəm olub.

Bildirilib ki, 1,4 milyon vətəndaş ABŞ-a qarı döyüşmək üçün könüllü olaraq orduya qatılıb.

Ölkənin rəhbəri Kim Çen İnn də ötən həftəsonu Cənubi Koreya və ABŞ-a qarşı mümkün nüvə müharibəsinin təlimini yerində izlədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya arasında Şimali Koreya sərhədlərində keçirilən genişmiqyaslı təlimlərin ardından bölgədəki gərginlik pik həddə çatıb. Şimali Koreya ABŞ-ın bu addımını işğal məşqi kimi xarakterizə edir.

Elmir Mustafa
Cebhe.info