Yüksək rütbəli polisin evinin divarından 20 milyon avro tapıldı

Yüksək rütbəli polisin evinin divarından 20 milyon avro tapıldı

İspaniyada yüksək rütbəli polis məmuru həbs edilib. 

Onun həbsi ölkə tarixindəki ən böyük kokain müsadirəsi ilə bağlı aparılan istintaq çərçivəsində evinin divarlarında gizlədilmiş 20 milyon avro aşkar edildikdən sonra baş verib. 

“Cebeinfo.az” bu barədə “The Guardian”-a istinadən yazır.

Oskar Sançez Hil son vaxtlara qədər Madriddə İspaniya Milli Polisinin dələduzluq və “çirkli pul”ların yuyulması ilə mübarizə şöbəsinə rəhbərlik edib. Polis onu keçən həftə Madrid bölgəsində polis məmuru olan sevgilisi də daxil olmaqla 15 nəfərlə birlikdə həbs edib.

Polis basqın zamanı onun İspaniya paytaxtından 30 kilometr şərqdə yerləşən təxminən 195 min əhalisi olan Alkala de Henares şəhərindəki evinin divarlarında və tavanında gizlədilmiş 20 milyon avro nağd puli da tapıb.

Polisdəki mənbənin bildirdiyinə görə, polis onun ofisində 50-500 avroluq əskinaslarda iki bağlı şkafda gizlədilən 1 milyon avro pul da tapıb. Ədliyyədəki mənbə bildirib ki, cütlük ötən həftə Madrid məhkəməsinin qarşısına çıxdıqdan sonra narkotik alveri, “çirkli pul”ların yuyulması, korrupsiya və cinayət təşkilatına üzv olmaqda ittiham edilib.

İspaniya mediası bildirib ki, polis və onun sevgilisinin həbsi ötən ay Ekvadorda Algeciras limanında banan qutularının arasında gizlədilmiş 13 ton kokainin ələ keçirilməsi ilə bağlıdır.

Xəzər
“Cebheinfo.az”