Yunanıstan 20 ədəd F-35 alacaq

Yunanıstan 20 ədəd F-35 alacaq

Yunanıstanda Parlamentin Silahlanma Komissiyası 20 ədəd F-35 almaq və Constellation tipli freqat tikinti proqramında iştirakın qiymətləndirilməsi təklifini qəbul edib. 

"Cebhe.info" xəbər verir ki, Yunanıstanın "AMNA" Dövlət Agentliyinin xəbərinə görə, müdafiə naziri Nikos Dendias 20 ədəd F-35-in alınması və Constellation tipli freqatların inşası proqramında iştirakın qiymətləndirilməsi ilə bağlı parlamentin Silahlanma Komissiyasına təkliflər verib. 

Nazir Dendias F-35 hərbi təyyarələrinin ölkənin gücünü artıracağını deyib. Dendias bildirib ki, Yunanıstanda Constellation tipli freqatın yaradılması proqramında iştirak etmək qərarı alınarsa, bu freqat Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün mühüm bir güc olacaq. Dendiasın F-35 və Constellation tipli freqatlar təklifi Komissiyada səs çoxluğu ilə qəbul edilib. 

Nigar Hacılı 
"Cebhe.info"