Zavodda yanğın: Azı 20 nəfər ölüb

Zavodda yanğın: Azı 20 nəfər ölüb

Cənubi Koreyanın Xvasonq şəhərindəki akkumulyator zavodunda yerli vaxtla saat 10.30 radələrində naməlum səbəbdən litium yanğın baş verib. 

"Cebhe.info”-nun “Yonhap” xəbər agentliyinə istinadən məlumatına görə, zavoddakı yanğından sonra təxminən 20 cəsəd tapılıb. Xvasonq yanğınsöndürmə briqadasının verdiyi açıqlamada yanğının fabrikdə 35 mindən çox akkumulyatorun səbəb olduğu partlayışlar səbəbindən qısa müddətdə böyüdüyü bildirilib. Alova müdaxilə etmək üçün bölgəyə 50 yanğınsöndürən maşın və 150 canlı qüvvənin göndərildiyi qeyd edilir. Davam edən partlayışların söndürmək çətinləşdir. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdırlar. 

Nigar Hacılı 
"Cebhe.info"