Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər

Myanma istənilən xarici ölkədən yardım və ianələri qəbul etməyə hazırdır.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Myanmanın baş naziri Min Aunq Hlainq televiziya ilə çıxışında bildirib.
Son məlumatlara görə, Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb , 732 nəfər yaralanıb.
Martın 28-də Myanmanın mərkəzində zəlzələ baş verib. Güc 7,9 bal olub. Seysmik təkanlar beş qonşu ölkədə hiss olunub: Banqladeş, Hindistan, Tailand, Laos və Çin.
"Cebheinfo.az"