"ASAN xidmət"in işçilərinin sayı artırılıb

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2012-ci tarixli fərmanında dəyişiklik edib.

“Cebhe.info” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, agentliyin işçilərinin say həddi 1 539-dan 1 560-a çatdırılıb.

“Cebhe.info”