Bu yaşdan sonra insult riski artır - HƏKİM
Müəyyən yaşdan sonar insult ehtimalı kəskin şəkildə artır.
“Cebheinfo.az” “Ferra.ru”-ya istinadən xəbər verir ki, bunu nevroloq Qalina Çudinskaya deyib. Onun dediyi kimi, 55 yaşdan sonra sağlamlığınıza xüsusi nəzarət etmək lazımdır.
Onun sözlərinə görə, bu yaşa çatdıqdan sonra insult riski əhəmiyyətli dərəcədə çoxalır və növbəti on ildən bir iki dəfə artır.
Həkim qeyd edib ki, hər il təxminən 15 milyon insan insultdan əziyyət çəkir, onların 30%-i ölür, 30%-i isə əlil olur.
Həkimin sözlərinə görə, insult riskini artıran amillərə cinsiyyət daxildir - kişilər daha çox insultdan əziyyət çəkirlər. Bundan əlavə, insult riski hipertoniya, diabet və ürək-damar xəstəlikləri ilə daha yüksəkdir. Digər amillər ailə meyli, həmçinin pis vərdişlər və qeyri-sağlam həyat tərzidir.
Xəzər
“Cebheinfo.az”