İsrail İrana məxsus zavoda zərbə endirdi

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyada İrana məxsus Saba maşınqayırma zavoduna təyyarələrlə hücum edib.
“Cebheinfo.az" xəbər verir ki, məlumatı Hesya sənaye şəhərinin direktoru Əmir Xəlili də təsdiqləyib.
Onun bildirdiyinə görə, İsrail təyyarələrinin zərbələri davamlı olub.
İran mətbuatında yayılan məlumatlara görə isə hücumdan sonra zavodda yanğın baş verib.
ABŞ-yə səfərini təxirə salan İsrailin müdafiə naziri Yoav Qallant İrana qarşı ölümcül və gözlənilməz zərbə endiriləcəyini bildirmişdi.
"Cebheinfo.az"