Qatarların sürəti aşağı salındı: Zəlzələyə görə

Zəlzələ ilə bağlı dəmiryol xətlərində diaqnostika işləri aparılması ilə əlaqədar qatarların sürət həddi aşağı endirilib.
“Cebhe.info” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilib.
Həmin məlumatda bildirilib ki, səhər saatlarında Azərbaycan ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.
"Cebhe.info"