TƏBİB jurnalistin ölümü ilə bağlı məlumat yaydı

TƏBİB jurnalistin ölümü ilə bağlı məlumat yaydı

1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Naibə
"Cebhe.info"