100-dən çox təqaüdçünü aldadan qadın hakim qarşısında - FOTO

100-dən çox təqaüdçünü aldadan qadın hakim qarşısında  - FOTO

Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Cebheinfo.az" modern.az-a istinadən xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində, əsasən, təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib.

Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"