20 yaşlı qız su quyusuna düşdü
Cəlilabadda gənc qız su quyusuna düşüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.
"Cebheinfo.az"