Gədəbəydə yarğandan kişi meyiti tapıldı

Gədəbəydə yarğandan kişi meyiti tapıldı

Gədəbəy sakini müəmmalı şəraitdə ölüb.

"Cebheinfo.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun İnəkboğan kənd sakini olan 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.

Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlər olması müyyənləşib.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az"