Gəncədə yaşayış binasının dam örtüyü yanır
Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə səbəbindən bina sakinləri təxliyə edilib.
Yanğın yayılmasının qarşısı alınıb, hazırda söndürmə işləri aparılır.
Fakt araşdırılır.
"Cebhe.info"