Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib - VİDEO

Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib - VİDEO

Lənkəranda 87 yaşlı qadının quyuya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

87 yaşlı Arifə Cahangirovanın qızları Kamilə Kazımova və Əsabə Yusubova iddia edirlər ki, analarını quyuya qardaşı Rza Qurbanov və onun ailəsi atıb. Qadının gözləri görmür, quyunun üstü də bağlı olur. Quyu evdən aralıda yerləşir.

Rza Qurbanov bacılarının iddialarını əsassız sayır. APA-ya verdiyi açıqlamada R. Qurbanov bildirib ki, o və ailəsi anasına necə lazımdır qulluq edir. Anasının gözləri görür, amma eşitmə qabiliyyəti zəifdir. Hadisə baş verən zaman o və ailəsi işdə olub. Anası A. Cahangirovanın quyuya düşməsini də yaxınları tərəfindən eşidib. Hətta anasının quyudan çıxarılmasına cəhd edib. Bacarmadığından aidiyyəti orqanlara məlumat verib.

Qeyd edək ki, qadının qəsdən quyuya atılmağı ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

Hadisənin dəqiq səbəbi hüqüq-mühafizə orqanları tərəfindən araşdırılır.

***

15.15

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

***

12.15

Lənkəran sakini quyuya düşüb.

FHN-in Cənub Regional Mərkəzinə, Lənkəran rayonunun Tütəpeşdə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Regional Mərkəzin Xüsusi riskli xilasetmə qrupu kənd sakini 1936-cı il təvəllüdlü Cahangirova Arifə Möhsün qızını 5 metr dərinlikdə olan quyudan çıxardıblar. A.Cahangirova təcili tibbi yardım briqadasına təhvil verilib.

Cebhe.info