Parkda istirahət edən müəllimin başından güllə ilə vurdular

Parkda istirahət edən müəllimin başından güllə ilə vurdular

Türkiyənin Diyarbəkir şəhərində Rabia A. adlı 26 yaşlı müəllim başından güllələnib. 

Parkda istirahət edən zaman yaralanan Rabia təcili olaraq xəstəxanaya yerləşdirilib. Qadının səhhətinin yaxşı olduğu bildirilib.

Rabia, Diyarbakır Fatih Anadolu İmam Hatip Liseyində imtahana girmək üçün bir az parkda oturub istirahət etmək istəyib.

Bu zaman o namılum şəxs tərəfindən açılan mərmi ilə başından yaralanıb. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb.

Polis həmin şəxsin kimliyini müəyyənləşdirməyə çalışıb.

Rabia A. Dini mədəniyyət və əxlaq müəllimidir.

"Cebhe.info"