Qanunsuz quş ovladı, tutuldu

Qanunsuz quş ovladı, tutuldu

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.

Tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.

Cebhe.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb. Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Cebhe.info