Sabah toyu olacaqdı, qəzada öldü - YENİLƏNİB

Sabah toyu olacaqdı, qəzada öldü - YENİLƏNİB

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.

“Qafqazinfo”un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevdir.

Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah onun qız toyu keçiriləcəkdi.

10:40

Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"