Şəmkirdə avtomobil aşıb: İki qardaş xəsarət alıb

Şəmkir rayonunun Yeni Həyat kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
'Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində A.İsayev və Y.İsayev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"