XXI əsrin ən yaxşı 15 idmançısı

XXI əsrin ən yaxşı 15 idmançısı

Amerikanın "ESPN" idman portalı 21-ci əsrin ən yaxşı 100 idmançısını müəyyənləşdirib.

"Cebhe.info" xəbər verir ki, reytinq cədvəli nəşrin saytında dərc olunub.

Belə ki, birinci yeri Olimpiya Oyunları tarixinin ən titullu idmançısı (28 medal) olan əfsanəvi amerikalı üzgüçü Maykl Felps tutub. İkinci yeri ABŞ-nin digər təmsilçisi, Böyük Dəbilqə turnirlərinin 23 qat qalibi olan tennisçi Serena Uilyams tutub. İlk üçlüyü argentinalı futbolçu, 8 qat “Qızıl top”un sahibi Lionel Messi tamamlayıb.

"Cebhe.info" ESPN-ə istinadən XXI əsrin ən yaxşı 15 ən yaxşı idmançısını təqdim edir:

1.Maykl Felps (ABŞ, üzgüçülük)

2. Serena Williams (ABŞ, tennis)

3. Lionel Messi (Argentina, futbol)

4. LeBron James (ABŞ, basketbol)

5. Tom Brady (ABŞ, Amerika futbolu)

6. Rocer Federer (İsveçrə, tennis)

7. Simone Biles (ABŞ, gimnastika)

8. Tiger Woods (ABŞ, qolf)

9. Useyn Bolt (Yamayka, qaçış)

10. Kobe Bryant (ABŞ, basketbol)

11. Novak Cokoviç (Serbiya, tennis)

12. Rafael Nadal (İspaniya, tennis)

13. Cristiano Ronaldo (Portuqaliya, futbol)

14. Stephen Curry (ABŞ, basketbol)

15. Kathleen Ledecky (ABŞ, üzgüçülük).

Ləman İsmayıl
"Cebhe.info"