AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb - YENİLƏNİB - 5

AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb - YENİLƏNİB - 5

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.

A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.

18:25

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə daha bir qol vurulub.

Macarıstan millisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Barnabaş Varqa 66-cı dəqiqədə fərqi minimuma endirib - 1:2.

Qarşılaşma davam edir.

18:05

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.

Qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.

Matç saat 17:00-da start götürüb.

17:48

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.

Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.

Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.

17:15

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

A qrupunun ikinci oyunda hesab açılıb.

Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

17:00

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

"Cebhe.info"