AVRO-2024: İtaliya millisi fasiləyə üstün yollanıb - YENİLƏNİB - 4
![AVRO-2024: İtaliya millisi fasiləyə üstün yollanıb - YENİLƏNİB - 4](/uploads/images/2024/06/720x400/17184810961988875264666df0c82a831.jpeg)
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə birinci hissə başa çatıb.
Lusiano Spalettinin rəhbərlik etdiyi yığma fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
23:20
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab yenidən dəyişib.
16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella İtaliya millisini hesabda önə keçirib - 2:1.
Qarşılaşma davam edir.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
23:12
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab bərabərləşib.
11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni İtaliya millisinin bərabərlik qolunu vurub.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
23:03
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə erkən qol vurulub.
1-ci dəqiqədə fərqlənən Nedim Bayrami albanları hesabda önə çıxarıb.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.
23:02
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.
"Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı almaniyalı baş hakim Feliks Çvayer idarə edir.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.
"Cebhe.info"