Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub
![Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub](/uploads/images/2024/06/720x400/1718473102184077339666dd18ed536b.jpg)
Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.
"Cebhe.info" PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan I Liqasına vəsiqə qazanan "Cəbrayıl"ın üzvü "Araz Saatlı" ilə keçirilən pley-off oyunundan sonra komanda yoldaşları ilə vidalaşıb.
Qyed edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Turan Tovuz", "İnter" (Bakı), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Şamaxı" klublarının formasını geyinib.
"Cebhe.info"