Beynəlxalq Olimpiya Komitəsinin prezidenti namizədliyini irəli sürməyəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax yeni müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
O, bu qərarını ailəsi ilə müzakirə etdiyini vurğulayıb. "Mən belə qənaətə gəldim ki, mandatım nəzərdə tutulan müddətdən artıq uzadılmamalıdır", - Bax deyib.
BOK-un prezident seçkiləri 2025-ci ilin martında təşkilatın Yunanıstanda baş tutacaq sessiyasında keçiriləcək.
Bax bu vəzifəni 2013-cü ilin sentyabrından icra edir.
"Cebheinfo.az"