Millimizin sabiq baş məşqçisi məhkəmə qarşısında

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki problemlə üzləşib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hazırda Monteneqro yığmasını çalışdıran xorvatiyalı mütəxəssisin sahibi olduğu şokolad fabriki 360 min avro borca görə iflas həddinə çatıb.
Şirkətin borclu olduğu şəxslər məhkəməyə müraciət edib. Məhkəmə onların tələblərini araşdırmaq üçün iclas təyin edib.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
"Cebheinfo.az"