"Neftçi"nin yaponiyalı futbolçusunun son durumu açıqlanıb

"Neftçi"nin yaponiyalı futbolçusu Ryonosuke Ohorinin zədəsi ilə bağlı son durum açıqlanıb.
Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.
24 yaşlı yarımmüdafiəçinin daban oynağındakı bağlarda gərilmə yaranıb. Bu səbəbdən o, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, R.Ohori Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la (1:2) ilk oyununun 66-cı dəqiqəsində zədələnərək əvəzlənmişdi.
"Cebheinfo.az"