"Barselona" XXI əsrdə ən yaxşı göstəricisini təkrarlayıb

İspaniyanın "Barselona" klubu XXI əsrdə UEFA Çempionlar Liqasında vurulan qollara görə ən yaxşı göstəricisini təkrarlayıb.
Kataloniya təmsilçisi buna turnirin 1/4 final mərhələsinin ilk oyununda Almaniyanın "Borussiya" (Dortmund) kollektivini 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv cari mövsüm qitənin bir nömrəli klub turnirində qollarının sayını 36-ya çatdırıb.
Komanda son olaraq 2008/2009 mövsümündə, Xosep Qvardiolanın baş məşqçi olduğu dönəmdə 36 qola imza atıb.
"Barselona"nın mütləq rekordu isə XX-XXI əsrlərin qovşağında, 1999/2000 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda Lui Van Qalın rəhbərliyi altında 45 qol vurub.
"Cebheinfo.az"