Dörd gün komada qalan qadın sağlam körpə dünyaya gətirdi

Dörd gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, ötən ilin oktaybrın 11-də 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
4 gün həmin şöbədə komada qalan hamilə pasiyent şöbə müdiri Gülnar Süleymanova və digər həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb.
Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.
Cari ilin aprelin 7-də və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.
Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib.
Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.
"Cebheinfo.az"